• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsilalanlar arasında Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023 keçirilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 12 sentyabr 2023-cü il tarixli, 3-29/3-2-550F/2023 nömrəli əmrində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq   əmr edirəm:


1. “Təhsilalanlar arasında Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023 keçirilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 12 sentyabr 2023-cü il tarixli, 3-29/3-2-550F/2023 nömrəli əmrində aşağıdakı dəyişikliklər edilsin:


1.1. 1-ci bənddə “27 noyabr-2 dekabr 2023-cü il” sözləri “4 dekabr-8 dekabr 2023-cü il” sözləri ilə əvəz edilsin;


1.2. 4-cü bənddə “(R. Əzizov)” sözləri “(E. Əliyev)” sözləri ilə əvəz edilsin;


1.3. 8-ci bənddə “(Y. Piriyev)” sözləri “(T. Süleyman)” sözləri ilə əvəz edilsin.


1.4. Həmin əmrin 2 nömrəli əlavəsi ilə təsdiq edilmiş “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023 təşkili ilə bağlı İşçi qrupu”nun üzvləri sırasında “Orxan Abbasov – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  Ümumi təhsilin təşkili və  idarəolunması şöbəsinin müdir müavini” sözləri “Orxan Abbasov - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini” sözləri ilə əvəz edilsin”;


2. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R. Xanlarov) bu əmrin müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin. 


3. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin əlavələrlə birlikdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəsmi saytında və “Azərbaycan müəllimi” qəzetində yayımlanmasını təmin etsin.


4.Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə edilsin.


Əsas: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 3-29/3-2-550F/2023  nömrəli, 12 sentyabr 2023-cü il tarixli əmri ilə təsdiq edilmiş işçi qrupunun 30 sentyabr 2023-ci il tarixli iclasının protokolu.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
13 oktyabr 2023-cü il
3-29/3-2-604F/2023