• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsilalanlar arasında "Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023" keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.16-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. 27 noyabr – 02 dekabr 2023-cü il tarixlərində təhsilalanlar arasında "Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023" (bundan sonra - Festival) keçirilsin.

 

2. “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023 haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə 1).

 

3. Festivalın Əsasnaməsindən irəli gələn işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış İşçi qrupunun tərkibi (Əlavə 2) təsdiq edilsin və İşçi Qrupunun fəaliyyətinə rəhbərlik Aparat rəhbəri M.Kərimliyə tapşırılsın.

 

4. Azərbaycan Respublikasının Təhsil İnstitutu (R.Əzizov) Festivalın məzmun kateqoriyalarının müəyyən edilməsini təmin etsin.

 

5. Maliyyə şöbəsi (R.Orucov) və Təhsilin iqtisadiyyatı və statistikası şöbəsi (K.Kərimzadə) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında (Əlavə 3) həmin İdarəyə vəsaitin ayrılmasını təmin etsinlər.

 

6. Müsabiqənin təşkilinə cəlb olunacaq müəllimlərin ezamiyyə xərclərinin əsas iş yerləri hesabına ödəniləcəyi nəzərə alınsın.

 

7. Əsaslı Tikinti və Təchizat İdarəsi (V.Mirzalıyev) festivalın keçirilməsi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

 

8. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsi (E.Əliyev), Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev), Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (E.Əliyev), Peşə Təhsili üzrə Dövlət Agentliyi (C.Kərəmov) festival çərçivəsində keçiriləcək yarışlar və innovativ layihələr üzrə sərgidə şagird və tələbələrin müvafiq yaş kateqoriyaları üzrə aktiv iştirakının təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirsinlər. 

 

9. Beynəlxalq əməkdaşlıq şöbəsi (T.Əhmədov) müsabiqə şərtlərinə uyğun olaraq xarici ölkələrin komandalarının, nümayəndə heyətlərinin və rəsmi şəxslərin festivalda aidiyyəti üzrə iştirakının təmin olunması məqsədilə müvafiq tədbirləri həyata keçirsin.

 

10. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) bu əmrin müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.

 

11. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin əlavələrlə birlikdə Elm və Təhsil Nazirliyinin rəsmi saytında və “Azərbaycan müəllimi” qəzetində yayımlanmasını təmin etsin.

 

12. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanovun 3-29-02-3457 nömrəli, 14.08.2023-cü il tarixli təqdimatı.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
12 sentyabr 2023-cü il
3-29/3-2-550F/2023