• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təbiət, həyat bilgisi, riyaziyyat, biologiya və kimya fənləri üzrə təhsil proqramlarının (kurikulumların) təsdiqi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümu¬mi təhsilin dövlət standartları”na əsasən, ümumi təhsil müəssisələri üçün təbiət (V-VI) fənni üzrə təhsil proqramı (kurikulum) hazırlanmış, həyat bilgisi (I-IV), riyaziyyat (I-XI), biologiya (VII-XI) və kimya (VII-XI) fənləri üzrə təhsil proqramları (kurikulumlar) təkmilləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.8-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:
 

1. Ümumi təhsil müəssisələri üçün yeni hazırlanmış təbiət (V-VI), təkmilləşdirilmiş həyat bilgisi (I-IV), riyaziyyat (I-XI), biologiya (VII-XI) və kimya (VII-XI) fənləri üzrə təhsil proqramları (kurikulumlar) təsdiq edilsin (1-5 nömrəli əlavələr). 

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fənn kurrikulumlarının təsdiqi haqqında” 2007-ci il 23 iyul tarixli 923 nömrəli və “Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün fənn proqramlarının (kurikulumların) təsdiqi haqqında” 2011-ci il 02 iyun tarixli 963 nömrəli əmrləri ilə təsdiq edilmiş həyat bilgisi (I-IX), riyaziyyat (I-XI), biologiya (VI-XI) və kimya (VII-XI) fənləri üzrə təhsil proqramları (kurikulumlar) qüvvədən düşmüş hesab edilsin.

3. Elm və Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsi (Vəfa Yaqublu) və Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev) təsdiq edilən təhsil proqramları (kurikulumlar) əsasında dərslik komplektlərinin hazırlanması, müntəzəm istifadəni təmin etmək məqsədilə həmin təhsil proqramlarının (kurikulumların) Azərbaycan Respublikası Təhsil İnstitutunun internet səhifəsində yerləşdirilməsi ilə bağlı lazımi tədbirlər görsünlər. 

4. Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin. 

6. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
 

Əsas: müvafiq dərkənarla təhsil nazirinin müavini Firudin Qurbanovun 26.01.2024-cü il tarixli 3-29-00-244 nömrəli təqdimatı.
 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
22 fevral 2024-cü il
3-29/3-2-95F/2024