• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

STEAM əsaslı tədrisin əhatə dairəsinin genişləndirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Təhsilalanların innovativ ideyalarının reallaşdırılmasında müasir texnologiyaların tətbiqini təmin etmək, həmçinin bu istiqamətdə süni intellektin sürətli inkişafını və iqtisadiyyatın müxtəlif sahələrində istifadəsi bacarıqlarının formalaşdırılması üçün STEAM əsaslı tədrisin əhatə dairəsinin 2023-2024-cü tədris ilində genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:

 

1. 2023-2024-cü tədris ilində STEAM əsaslı tədrisin 5-9-cu siniflərdə davam etdiriləcəyi ümumi təhsil müəssisələrinin (Əlavə 1) və 5-ci siniflərdə ilk dəfə təşkil ediləcəyi ümumi təhsil müəssisələrinin (Əlavə 2) siyahıları təsdiq edilsin.


2. Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi (Vəfa Yaqublu) STEAM əsaslı tədrisin həyata keçiriləcəyi ümumi təhsil müəssisələrinin tədris planlarının hazırlanmasını təmin etsin.


3. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin əlavələrlə birlikdə yerlərə və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.


4. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.


5. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası elm və təhsil nazirinin 20 fevral 2023-cü il tarixli 3-29/3-2-59F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il üçün Fəaliyyət Planı”.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
6 sentyabr 2023-cü il
3-29/3-2-542F/2023