-
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
MenyuMenyu
PORTAL.EDU.AZMenyu
-
Xidmətlər
Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş elektron xidmətlər -
Ümumi təhsil
Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. -
Məktəbdənkənar təhsil
Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür. -
Peşə Təhsili
Zəruri əmək bacarıqlarının yiyələnməsini təmin edən prioritet fəaliyyət sahəsidir. -
Orta ixtisas təhsili
Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. -
Ali təhsil
Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. -
Xüsusi təhsil
Xüsusi təhsil - sağlamlıq imkanları məhdud şəxslərə dövlət proqramları əsasında bilik, bacarıq və özünəxidmət vərdişlərini aşılmaqla, onların cəmiyyətə inteqrasiyasını, o cümlədən əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin edir. -
Sənədlər
Normativ sənədlər və təlimatlar. -
Layihələr
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr. -
Tədqiqatlar
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar. -
Çıxışlar
-
Hesabatlar
İllərə dair hesabatlar. -
Atributlar
Atributların istifadəsinə dair təlimatlar.
-
“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi
-
“STEAM” layihəsi
-
“Rəqəmsal bacarıqlar” layihəsi
-
“Peşə təmayüllü siniflərin təşkili” layihəsi
-
“Məktəblinin dostu” layihəsi
-
“Virtual məktəb” layihəsi
-
“Sağlam təhsil - sağlam millət” layihəsi
-
“SABAH qrupları” layihəsi
-
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”
-
“Study in Azerbaijan” layihəsi
-
"Bir" tələbə-könüllü proqramı
-
“Azərbaycan üçün öyrət” layihəsi
Təhsil millətin gələcəyidir!HEYDƏR ƏLİYEV
“Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Respublikanın ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirinin keçirilməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:
1. “Son zəng” tədbiri 14 iyun 2022-ci il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunsun.
2. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilsin.
3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görsünlər.
4. İnformasiya və vətəndaşlara xidmət şöbəsi və İctimaiyyətlə əlaqələr sektoru (Rəşad Xanlarov, Cəsarət Valehov) əmrin Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini və yerlərə çatdırılmasını təmin etsinlər.
5. Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə olunsun.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
9 iyun 2022-ci il
F-367