• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şagird və tələbələr arasında "Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-ci il" keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı və müasir rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. Ölkə üzrə ümumi təhsil, peşə təhsili, orta ixtisas, ali təhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagird və tələbələri arasında 11 kateqoriya üzrə "Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-ci il" keçirilsin.


2. “Beynəlxalq STEAM Azərbaycan 2022-ci il Festivalı haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə1). 


3. “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-ci il haqqında Əsasnamə”dən irəli gələn təşkilati işlərə rəhbərliyin həyata keçirilməsi və icrasına nəzarət məqsədilə yaradılmış Təşkilat Komitəsinin tərkibi (Əlavə2) təsdiq edilsin.


4. Festivalın təşkilinə cəlb olunacaq müəllimlərin ezamiyyə xərclərinin əsas iş yerləri hesabına ödəniləcəyi nəzərə alınsın.


5. Maliyyə şöbəsi (R. Orucov) və Təhsilin iqtisadiyyatı və statistikası şöbəsi (K.Kərimzadə) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin İdarəyə vəsaitin ayrılması və əmrin icrasından irəli gələn digər aidiyyəti məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsinlər.


6. Əsaslı Tikinti və Təchizat İdarəsi (V.Mirzalıyev) festivalın keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.


7.  Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsi (E. Əliyev), Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y. Piriyev), Peşə Təhsili üzrə Dövlət Agentliyi (C. Kərəmov) festival çərçivəsində keçiriləcək yarışlarda ümumi təhsil (orta və tam orta) peşə təhsili və ali təhsil müəssisələrinin şagird və tələbələrinin müvafiq kateqoriyalar üzrə fəal iştirakını təmin etsinlər.


8. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y. Piriyev), Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (E. Əliyev) festival çərçivəsində keçiriləcək innovativ sərgi kateqoriyası üzrə orta ixtisas, məktəbdənkənar təhsil müəssisələrinin təhsilalanları tərəfindən innovativ layihələrin nümayiş olunması məqsədilə müvafiq şəraitin yaradılmasını təmin etsinlər.


9. Beynəlxalq əməkdaşlıq şöbəsi (T.Əhmədov) müsabiqə şərtlərinə uyğun olaraq xarici ölkələrin aidiyyəti komandalarının, nümayəndə heyətlərinin və rəsmi şəxslərin iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirsin.


10. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R. Xanlarov) bu əmrin surətinin göndərilmə siyahılarına uyğun olaraq, müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.


11. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) festivalın təbliğat-təşviqat məsələlərində media dəstəyinin göstərilməsini, əmrin əlavələrlə birlikdə Elm və Təhsil Nazirliyinin rəsmi saytında və “Azərbaycan müəllimi” qəzetində yayımlanmasını təmin etsin.


12. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə edilsin.
 
Əsas: Azərbaycan Respublikası elm və təhsil nazirinin 28 iyul 2022-ci il tarixli, F-465 nömrəli əmri ilə təsdiq edilmiş “2022-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihə və tədbirlərin siyahısı”.
 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
2 sentyabr 2022-ci il
F-533