• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika təşkilat komitəsinin və münsiflər heyətinin yaradılması barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Azərbaycan Respublikası elm və təhsil nazirinin 12.12.2014-cü il tarixli 1256 nömrəli əmri ilə təsdiq edilmiş “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları”nın 2.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu bəndini rəhbər tutaraq əmr edirəm: 


1. Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi məqsədi ilə səlahiyyət müddəti 1 (bir) il olmaqla aşağıdakı tərkibdə Respublika təşkilat komitəsi və münsiflər heyəti yaradılsın (əlavə olunur):

                                        
Təşkilat komitəsi

 

Firudin Qurbanov - Nazir müavini – sədr

üzvlər:


Mətin Kərimli - Aparat rəhbəri

Elnur Əliyev - Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən

Eşqi Bağırov - Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru

Rauf Orucov - Maliyyə şöbəsinin müdiri 

Rəşad Xanlarov - Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri

Fuad Qarayev - Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini
 

2. Təşkilat komitəsinə və münsiflər heyətinə tapşırılsın ki, fənn olimpiadalarının təşkili ilə bağlı hazırlıq işlərinin vaxtında başa çatdırılmasını, olimpiadaların şəffaf, obyektiv və aşkarlıq prinsiplərinə uyğun keçirilməsini, respublika fənn olimpiadalarının müxtəlif mərhələləri üzrə tapşırıqların hazırlanmasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (S.Rzayev) əmrin Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini və Kütləvi İnformasiya Vasitələrində işıqlandırılmasını təmin etsin.

4. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına çatdırılmasını təmin etsin. 

5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 

Əsas: Nazir müavini Firudin Qurbanovun 07.12.2023-cü il tarixli, 3-29-02-5167 qeydiyyat nömrəli təqdimatı.


Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
6 mart 2024-cü il
3-29/3-2-124F/2024