• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

2022/2023-cü tədris ili üzrə həyata keçirilmiş məktəblilərin Respublika fənn olimpiadalarının nəticələrinin elan edilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

əmr edirəm:

 

1. 2022/2023-cü tədris ili üzrə məktəblilərin Respublika fənn olimpiadalarının nəticələri elan edilsin (nəticələrin siyahısı əlavə olunur).


2. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) əmrin çoxaldılıb Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına çatdırılmasını təmin etsin.


3. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin “Azərbaycan müəllimi” qəzetində və Elm və Təhsil Nazirliyinin internet səhifəsində dərc edilməsini təmin etsin.  

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
13 iyun 2023-cü il
3-29/3-2-376F/2023