• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının təşkili barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərinin aparılması və biliklərin dərindən öyrənilməsini təmin etmək üçün “Qərbi Azərbaycana qayıdış” adlı olimpiadanın keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu bəndini rəhbər tutaraq əmr edirəm:

1. Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən (Elnur Əliyev) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru (Eşqi Bağırov) 2023/2024-cü tədris ili üzrə “Qərbi Azərbaycana qayıdış” olimpiadasının təşkili məqsədilə müvafiq tədbirləri həyata keçirsinlər.

2. “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yüksək səviyyədə təşkili və keçirilməsi məqsədilə “Təşkilat Komitəsi” təsdiq edilsin. (Əlavə 1)

3. Maliyyə şöbəsi (Rauf Orucov), Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsi (Vəfa Yaqublu), Təhsilin iqtisadiyyatı şöbəsi (İlqar Bayramlı) və Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etsinlər.

4. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) əmrin Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini və Kütləvi İnformasiya Vasitələrində işıqlandırılmasını təmin etsin.

5. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) əmrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
 

Əsas: Aparat rəhbəri Mətin Kərimlinin 27.12.2023-cü il tarixli, 3-29-00-5475 qeydiyyat nömrəli təqdimatı.
 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
5 mart 2024-cü il

3-29/3-2-121F/2024