Övladlığa uşaq götürmək üçün lazım olan sənədlərin siyahısı
1. Vətəndaşların (ər-arvad) Rayon İcra Hakimiyyəti və ya Təhsil İdarəsində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasına yazdıqları ərizə (Notariusda təsdiq edilmiş).
2. Şəxsiyyət vəsiqəsinin surəti. (uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti).
3. Uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti.
4. Uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə—digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir.
5. Yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd.
6. Övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy; (Hepatit “B”, “C” və “QİÇS” yoxlanılması üzrə məlumatlar, həmçinin dəri-zöhrəvi, vərəm, onkoloji, psixonevroloji və narkoloji dispanserlərin cavabı).
7. Övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd; (Fərdi əməklə məşğul olanlar üçün verginin ödənilməsi haqqında arayış).
8. Övladlığa götürənlərin tərcümeyi-halı.
9. Rayon və Şəhər İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasından mənzil şəraitinin müayinə aktı.