• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

“2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu bəndini rəhbər tutaraq  əmr edirəm:


1. 2024-2025-ci tədris ilində Bakı şəhəri 262 nömrəli, 204 nömrəli, 309 nömrəli, 185 nömrəli, 231 nömrəli, 283 nömrəli, 307 nömrəli, 127 nömrəli, 194 nömrəli, 308 nömrəli, 10 nömrəli, 315 nömrəli tam orta məktəblər; Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəb; Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəb; Şəki şəhəri Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəb; Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəb; Şirvan şəhəri 21 nömrəli tam orta məktəb; Qusar şəhəri 3 nömrəli tam orta məktəb; Şabran şəhəri 3 nömrəli tam orta məktəb; Göygöl şəhəri 3 nömrəli tam orta məktəb; Beyləqan şəhəri 8 nömrəli tam orta məktəb; Saatlı şəhəri 1 nömrəli tam orta məktəb; Mingəçevir şəhəri 6 nömrəli, 13 nömrəli tam orta məktəb və Texniki Humanitar Lisey; Qazax rayonu Kosalar kəndi İ.Şıxlı adına tam orta məktəb;Tovuz şəhəri A.Qasımov adına tam orta məktəb; Şamaxı şəhəri Məmməd Veysov adına 6 nömrəli tam orta məktəb; İmişli rayonu Muradxanlı kənd Məhəmməd Məhəmmədov adına tam orta məktəblərdə inklüziv siniflər təşkil edilsin.
 

2. Yerli təhsili idarəetmə orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli 43 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnklüziv təhsilin təşkili Qaydası”na uyğun olaraq bu əmrin 1-ci bəndində qeyd edilmiş ümumi təhsil müəssisələrində inklüziv təhsilin həyata keçirilməsini təmin etsinlər.
 

3. Fəaliyyətin koordinasiyası, qiymətləndirilməsi və hesabatlılığın təmin edilməsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (E.Bağırov) tapşırılsın.
 

4. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (E.Bağırov) bu əmrin 1-ci bəndində qeyd edilmiş ümumi təhsil müəssisələrinə xüsusi təhsil üzrə ixtisaslı kadrların cəlb olunmasını və loqopedik xidmətin təşkil edilməsini təmin etsin. 
 

5. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (V.Mirzalıyev) müəyyən olunmuş məktəblərin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssərliyinin təmin edilməsi  ilə bağlı tədbirlər görsün.
 

6. Azərbaycan Respublikasının Təhsil İnstitutu (E.Əliyev) inklüziv siniflərdə şagirdlərin təlim-tərbiyəsinə cəlb olunmuş təhsilverənlərin xüsusi təhsil sahəsində kompetensiyalarının artırılması məqsədilə müvafiq fəaliyyətlərin müntəzəm həyata keçirilməsini təmin etsin. 
 

7. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
 

8. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (S.Rzayev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin. 

9.Əmrin icrasına nəzarət nazir müavini H.Həsənliyə həvalə edilsin. 
 

Əsas: Azərbaycan Respublikası elm və təhsil nazirinin 3-29/3-2-160F/2024 nömrəli 03.04.2024-cü il tarixli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün Fəaliyyət Planı”. 
 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
18 aprel 2024-cü il
3-29/3-2-209F/2024