Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Əmrdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Təhsil Nazirliyi Apellyasiya Şurasının Katibliyinin yeni tərkibi haqqında” 2019-cu il 3 may tarixli F-237 nömrəli əmrinin 1-ci bəndində “Nigar Hacıyeva – İnsan resursları şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (üzv)” sözləri “Fəridə Novruzlu - Hüquq şöbəsinin Hüquq sektorunun aparıcı məsləhətçisi (üzv)” sözləri ilə əvəz edilsin.
Əsas: Nazir müavini Firudin Qurbanovun təqdimatı.
Emin Əmrullayev,
Azərbaycan Respublikasının təhsil naziri
05 noyabr 2020-ci il
F-504
