Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2024-2025-ci tədris ili üçün tədris (məşğələ) planının təsdiqi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarında tədris prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.8-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:
1. Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2024-2025-ci tədris ili üçün tədris (məşğələ) planı və “Tədris (məşğələ) planına dair qeydlər” təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).
2. Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.
3. Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunsun.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
12 iyun 2024-cü il
3-29/3-2-403F/2024