• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri

Menyu

SUALIM VAR Elektron sənəd yoxlanışı

Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransı 2022-ci il 23-24 noyabr tarixlərində Azərbaycan Respublikasınınn Təhsil İnstitutu tərəfindən keçirilsin, konfrans “Şuşa İli”nə həsr edilsin. 


2. Konfransın Təşkilat komitəsinin tərkibi, “Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransının Əsasnaməsi” təsdiq edilsin (əlavə 1 və 2).


3. Ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2022-ci il 1 avqust tarixinədək Təhsil İnstitutunun Təhsildə innovasiyalar şöbəsinə təqdim edilməsini təmin etsinlər.


4. Azərbaycan Respublikasinin Təhsil İnstitutunun direktoru (Rüfət Əzizov) konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın, konfransın proqram və materiallarının nəşr edilməsini və konfransın nəticələri barədə Təhsil Nazirliyinə hesabatın təqdim olunmasını təmin etsin.


5. Elm, ali və orta ixtisas təhsil şöbəsi (Yaqub Piriyev) konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.


6. Maliyyə şöbəsi (Rauf Orucov) Azərbaycan Respublikasinin Təhsil İnstitutu tərəfindən konfransın keçirilməsi ilə bağlı tələb olunan xərclər üzrə təqdim olunacaq maliyyə sifarişi əsasında Təhsil Nazirliyinin büdcəsində aidiyyəti tədbir üzrə nəzərdə tutulan vəsaitdən müvafiq məbləğin həmin institutun hesabına köçürulməsini təmin etsin.


7. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) əmrin çoxaldılıb ali təhsil müəssisələrinə göndərilməsini təmin etsin.


8. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.


8. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə edilsin.

 

Əsas: Nazir müavini Firudin Qurbanovun təqdimatı.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri

6 iyul 2022-ci il
F-433