• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bilbacar” müsabiqəsinin təşkili barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

14-15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı bilik və bacarıqlarla həyatda qarşılaşdıqları problemləri həll etməsini gücləndirmək məqsədilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.16-cı və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:
 

1. Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) 2024/2025-ci tədris ili üzrə “Bilbacar” müsabiqəsinin təşkili məqsədilə müvafiq tədbirləri həyata keçirsinlər.

2. Maliyyə şöbəsi (Rauf Orucov) və Təhsilin iqtisadiyyatı şöbəsi (İlqar Bayramlı)  müsabiqənin təşkili və keçirilməsi ilə bağlı maliyyə vəsaitinin ayrılmasını təmin etsin.

3. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) tədbirin təşkili ilə bağlı zəruri hesab edilən maddi-texniki təminat ehtiyaclarını təmin etsin.

4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) layihənin icrası müddəti ərzində İKT məsələləri ilə bağlı dəstək göstərsin.

5. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) əmrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

6. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) əmrin Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini və kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə edilsin.
 

Əsas: Nazir müavini Firudin Qurbanovun 22.02.2024-cü il tarixli, 3-29-00-749 qeydiyyat nömrəli təqdimatı.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
29 may 2024-cü il
3-29/3-2-323F/2024