• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatında və tabeliyindəki qurumlarda vətəndaşların qəbulunun təşkili Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmr

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatında və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu prosesinin səmərəli təşkili məqsədilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nı və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatında və tabeliyindəki qurumlarda vətəndaşların qəbulunun təşkili Qaydaları” təsdiq edilsin (Əlavə 1).

 

2. Nazirliyin Aparatında və tabeliyindəki qurumlarda vətəndaşların qəbulunun qeydiyyatı daxili istifadə üçün nəzərdə tutulmuş “Təhsil Nazirliyində və tabe qurumlarında vətəndaşların qəbulu və ona nəzarət üzrə onlayn sistem”i (www.qebul.edu.az) (bundan sonra - Qəbul Portalı) vasitəsilə aparılsın.


3. Nazirliyin Aparatının və tabeliyindəki qurumların rəhbərləri bu Əmrlə təsdiq edilmiş qəbul cədvəlinə uyğun olaraq vətəndaşların qəbulunu təmin etsinlər.
 
4. Nazirliyin tabeliyindəki qurumlar aşağıdakıların icrasını təmin etsinlər:

 

4.1. vəzifəli  şəxsləri  tərəfindən  vətəndaşların  qəbul  cədvəlini  təsdiq  edilib,açıqlanmasını;

 

4.2. qəbula yazılan vətəndaşların Qəbul Portalında uçotunun aparılmasını;

 

4.3. Qəbul Portalına məlumatların daxil edilməsi üçün məsul şəxslərin müəyyən edilməsini və onlar tərəfindən qəbulun nəticələrinin düzgün, dolğun və müəyyən olunmuş vaxtda Qəbul Portalına daxil edilməsini.

 

5. Vətəndaşların   müraciətləri   ilə   iş   və   kommunikasiya   şöbəsi   (Elnur Məmmədov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini və yerlərə çatdırılmasını təmin etsin.

 

6.Azərbaycan Respublikası Təhsil Nazirinin 19.02.2016-cı il tarixli 105 nömrəli Əmri ləğv edilsin.

 

7. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova tapşırılsın.

 

Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
23 iyun 2020-ci il
F-325