• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Təhsil Nazirliyi Apellyasiya Şurasının Katibliyinin yeni tərkibi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq,  

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Apellyasiya Şurasının Katibliyi aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Billurə Hacızadə – İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi (rəhbər);

 

Nigar Hacıyeva – İnsan resursları şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (üzv);

 

Həcər Hacıyeva – İnformasiya şöbəsinin Vətəndaşların müraciətlərinə baxılması sektorunun aparıcı məsləhətçisi (üzv).

 

2. “Azərbaycan Respublikası Təhsil Nazirliyi Apellyasiya Şurasının Katibliyinin yaradılması barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2016-cı il 17 fevral tarixli 87 nömrəli Əmrinin 1-ci bəndi ləğv edilsin.

 

3. İnformasiya şöbəsi (E.Məmmədov) bu Əmrin nazirliyin internet saytında yerləşdirilməsini və surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilməsini təmin etsin.

 

4. Əmrin icrasına nəzarət Apellyasiya Şurasının sədri, nazir müavini F.Qurbanova həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Apellyasiya Şurasının sədri, nazir müavini F.Qurbanovun təqdimatı

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

3 may 2019-cu il

F-237