• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası təhsil nazirinin 2016-cı il 16 fevral tarixli, 84 nömrəli əmrində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 4.1-ci bəndini və 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq  əmr edirəm:

 

1. Azərbaycan Respublikası təhsil nazirinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Apellyasiya Şurasının yaradılması barədə” 2016-cı il 16 fevral tarixli, 84 nömrəli əmrinin 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. beşinci abzasda “Muxtar Məmmədov – Aparatın rəhbəri” sözləri “Nərminə Hüseynova – Aparat rəhbərinin müavini” sözləri ilə əvəz edilsin;
1.2. doqquzuncu abzasdan “müdir müavini,” sözləri çıxarılsın;
1.3. onuncu abzasda “Zamin Bədirxanov – Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri” sözləri “Nigar İsmayılzadə-Əsgərova - Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir müavini” sözləri ilə əvəz edilsin.

 

2. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin çatdırılma siyahısına uyğun çatdırılmasını təmin etsin.

 

3. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

4. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə edilsin.


Əsas: Nazir müavini Firudin Qurbanovun 31.05.2021-ci il tarixli 1-03-2790 nömrəli təqdimatı.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
9 iyul 2021-ci il
F-343