Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturunun təsdiq edilməsi barədə zərbaycan Respublikası elm və təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.6-cı və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:
1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturu təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etsin.
3. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.
4. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Nazir müavini Həsən Həsənlinin 03.10.2023-cü il tarixli 3-29-00-4176 nömrəli təqdimatı.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
3 oktyabr 2023-cü il
3-29/3-2-578F/2023