• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş "Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Elm və təhsil ictimai maraq kəsb edən sahə olmaqla yanaşı, bütün maraqlı tərəflərin iştirakını zəruri edən prosesdir. Sözügedən prosesdə maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılması məqsədilə “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin keçirilməsi planlaşdırılır.    

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən, müsabiqənin ölkəmizdə təşkil olunacaq yubiley tədbirləri çərçivəsində təşkili ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.16-cı və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:
 

1. “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin keçirilməsi qaydaları təsdiq olunsun (1 nömrəli əlavə).

2.  Müsabiqənin keçirilməsi ilə bağlı əlaqələndirmə işlərinin aparılması məqsədilə İşçi Qrupu yaradılsın (2 nömrəli əlavə).

3. Müsabiqəyə daxil olan işlərin hər iki kateqoriya üzrə qiymətləndirilməsi məqsədilə Münsiflər Heyətinin tərkibi təsdiqlənsin (3 nömrəli əlavə).

4. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) müsabiqənin keçirilməsi ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatın Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim olunmasını təmin etsin.

5. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) müsabiqənin təşkili ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (Ülkər Səttarova), Peşə Təhsili üzrə Dövlət Agentliyi (Ceyhun Kərəmov) fəaliyyət istiqamətləri üzrə vizual məzmunun hazırlanması məqsədilə müsabiqədə qeydiyyatdan keçmiş iştirakçılara müvafiq şəraitin yaradılmasını təmin etsinlər. 

7. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin Elm və Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və müsabiqənin keçirilməsi ilə əlaqədar kommunikasiya məsələlərini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə edilsin. 
 

Əsas: “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə bir sıra layihə və tədbirlərinin siyahısı”nın təsdiq edilməsi barədə 3-29/3-2-238F/2025 nömrəli əmri

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
14 may  2025-ci il
3-29/3-2-292F/2025