Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elektron tədris resurslarının qiymətləndirilməsi şurasının yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasını həyata keçirmək üçün elektron tədris resurslarının beynəlxalq standartlara əsaslanaraq qiymətləndirilməsi, həmin resursların təhsil portalına yerləşdirilməsi və onların daha effektiv formada tətbiqi üçün zəruri olan metodiki materialların və tövsiyələrin təsdiq edilməsi ilə əlaqədar
 
ƏMR EDİRƏM
 
1. Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılsın, şuranın sədri və tərkibi təsdiq edilsin (Əlavə 1).
3. Elektron tədris resurslarının ekspertizası və onlara Təhsil Nazirliyinin qrifinin verilməsi Qaydaları təsdiq edilsin. Təsdiq edilmiş Qaydaları qeydiyyata almaq məqsədi ilə Ədliyyə Nazirliyinə təqdim olunsun. (Əlavə 3).
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə tapşırılsın ki, Elektron Tədris Resurslarının
5. Qiymətləndirilməsi Şurası tərəfindən qəbul olunmuş resurslar Təhsil Nazirinin müvafiq əmri ilə Təhsil Portalında yerləşdirilsin və təhsil müəssisələrinə yayılsın.
Qiymətləndirilməyə verilmiş elektron resursların məzmununun ekspertizasının aparılması üçün, “Dərsliklərin Qiymətləndirmə Şurası”nın ekspert komissiyasına təqdim edilsin və milli kurikuluma uyğunluğu müəyyənləşdirsin.
6. İctimaiyyətlə Əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində, nazirliyin “Təhsil xəbərləri” məcmuəsində və Təhsil Nazirliyinin rəsmi İnternet saytında dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
 Əsas:  Azərbaycan Respublikasının Təhsil Nazirinə təqdim olunmuş 219 nömrəli, 19 noyabr 2009- cu il tarixli təqdimat.  
 
Misir Mərdanov
Təhsil naziri 
21.12.2009-cu il
№ 1421