Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq
QƏRARA ALIRAM:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Eyvazova Ayan Fuad qızı - Bakı Xoreoqrafiya Məktəbinin I kurs tələbəsi
Quliyeva Çinarə Əhməd qızı- Bakı Xoreoqrafiya Məktəbinin IX sinif şagirdi
Nəcəfova Pərvin Fərhad qızı- Bakı Xoreoqrafiya Məktəbinin III kurs tələbəsi
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 14 dekabr 2009-cu il.
