Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının inkişafına, məktəb binalarının təmirinə mütəmadi şəkildə dövlət qayğısı göstərilir. Eyni zamanda görülən işlərə baxmayaraq, ölkədə qəza vəziyyətinə düşmüş, təlim və tədris şəraiti olmayan ümumtəhsil məktəbləri hələ də qalmaqdadır.
Qəza vəziyyətində olan ümumtəhsil müəssisələrinin müasir səviyyədə yenidən qurulması işlərinin davam etdirilməsini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 4 dekabr 2009-cu il.
