Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Respublika ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi və onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə
ƏMR EDİRƏM:
1. Ali məktəb tələbələrinin XIV Respublika olimpiadası riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə 2009-cu ilin mart-may aylarında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilsin.
2. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat komitəsi (əlavə 1) və fənlər üzrə Münsiflər heyəti yaradılsın (əlavə 2).
3. Ali məktəb rektorlarına tapşırılsın:
3.1. Müvafiq fənlər üzrə Olimpiadaya hazırlıq qrupları yaradılsın.
3.2. Olimpiadanın I turu 2009-cu ilin aprel ayının 5-dək keçirilsin.
3.3. Olimpiadanın I turunun yüksək səviyyədə keçirilməsi təmin edilsin.
3.4. Olimpiadanın I turunda qalib çıxmış və II tura vəsiqə almış tələbələrin siyahısı və onların hər biri üçün «Olimpiada iştirakçısının anketi» 10 aprel 2009-cu ilədək Təhsil Nazirliyinə təqdim edilsin.
4. Olimpiadanın II turu Bakı Slavyan Universitetinin bazasında cari ilin may ayında keçirilsin.
5. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:
5.1. İqtisadiyyat şöbəsi (H.Zeynalov) ilə birgə Olimpiadanın xərclər smetasını hazırlayıb təsdiq üçün təqdim etsin.
5.2. Ali məktəblərdə Olimpiadanın I turunun keçirilməsinə nəzarəti həyata keçirsin.
5.3. Olimpiadanın II turunun mütəşəkkil keçirilməsi üçün lazımi tədbirlər görsün.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynazdə) əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə edilsin.
Misir Mərdanov
Təhsil naziri
02.03.2009-cu il
№ 240
