Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Naxçıvan MR təhsil nazirinə, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirlərinə, ilk peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrinin rəhbərlərinə
Bildiririk ki, hər ilin 21 sentyabr tarixi dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.10-cu bəndində “Əhalinin hüquq və düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədlilə maarifləndirmə tədbirlərinin keçirilməsi təsbit olunmuşdur.
“Beynəlxalq Sülh Günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 21 avqust - 21 sentyabr tarixləri respublikamızda “Sülh aylığı” keçirilir.
Bununla əlaqədar nazirlik “Sülh aylığı” çərçivəsində rəhbərlik etdiyiniz təhsil müəssisələrində sülh və insan hüquqlarını təbliğ edən mövzularda tədbirlərin keçirilməsini tövsiyə edir. Keçirilən tədbirlər barədə məlumatları 22 sentyabr 2014-cü il tarixinədək m.salmanova@edu.gov.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Ceyhun BAYRAMOV,
təhsil nazirinin müavini
5 avqust 2014-cü il.
№ 46-20-5457/16
5 avqust 2014-cü il.
№ 46-20-5457/16
