• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticəsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə” 08.08.2014-cü il tarixli 870 nömrəli əmrinin 3.1.-ci bəndinə uyğun olaraq 2014-2015-ci dərs ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan və yeni yaranmış vakant yerlərə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 2894 nəfər elektron müraciət etmişdir. Keçirilmiş müsahibənin nəticəsinə əsasən 386 nəfər işə qəbul olunmaq hüququ qazanmışdır.
“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu və 13.5-ci bəndlərini əsas tutaraq
 
ƏMR EDİRƏM:
 
1. 2014-2015-ci dərs ilində ümumi təhsil müəssisələri və peşə liseylərində boş qalan müəllim yerlərinə əlavə yerləşdirmənin nəticələri təsdiq edilsin (siyahı əlavə olunur).
2. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri:
2.1. 5 gün müddətində əlavə yerləşdirmə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını təmin etsinlər.
2.2. Həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) işə qəbul üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsinlər, əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində onlara köməklik göstərsinlər.
2.3. Yeni işə qəbul edilmiş ibtidai və V-VII siniflərdə dərs deyəcək müəllimlərin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlbini təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev)  əlavə yerləşdirmənin nəticəsində ümumi təhsil müəssisələri və peşə liseylərinə işə qəbul edilmiş müəllimlərin siyahısının Nazirliyin İnternet saytında yerləşdirilməsini, bu əmr və ona əlavənin aidiyyəti üzrə yerlərə göndərilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M.Eynullayev) həvalə edilsin.
Əsas: Ümumi  təhsil  müəssisələrinə  və  peşə  liseylərinə  müəllimlərin işə qəbulu üzrə 1 sentyabr 2014-cü il  tarixdə keçirilmiş vakant yerlərə  əlavə yerləşdirmənin nəticələri.
        
 
Mikayıl Cabbarov, 
Azərbaycan Respublikasının təhsil naziri 
4  sentyabr2014-cü il  
№ 969
 

 
Əlavə: