Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
“Ali təhsil müəssisində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”nin və “Tələbə Elmi Cəmiyyəti haqqına Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının 2.46-cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Аli təhsil müəssisində təhsilalanların еlmi tədqiqat işinin təşkili haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Tələbə Elmi Cəmiyyəti haqqına Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələri ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.
Əsas: Aparat rəhbəri M.Eynullayevin təqdimatı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
27 iyun 2014-cü il
№752
Əlavə:
