Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bütün təhsil müəssisələrinin rəhbərlərinə
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi YUNESKO-ya istinadən bildirir ki, 19-25 may 2014-cü il tarixləri YUNESKO tərəfindən Beynəlxalq Bədii Təhsil Həftəsi kimi qeyd olunacaqdır. Həftə çərçivəsində təşkilata üzv ölkələrdə mövzuya uyğun müvafiq tədbirlər təşkil olunur. Beynəlxalq Bədii Təhsil Həftəsi haqqında ətraflı məlumat http://www.unesco.org/new/en/unesco/events/prizes-and-celebrations/celebrations/international-weeks/international-arts-education-week-2012/ internet səhifəsində verilmişdir.
Azərbaycan - YUNESKO əməkdaşlığının yüksək səviyyədə inkişafını, ölkəmizin təşkilatın həyata keçirdiyi “MDB ölkələrində bədii təhsil: XXI əsrdə yaradıcı potensialın inkişafı” layihəsində fəal iştirakını nəzərə alaraq, 19-25 may tarixlərində Beynəlxalq Bədii Təhsil Həftəsinə həsr olunmuş tədbirlərin təşkili və bu haqda YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının qısa müddət ərzində məlumatlandırılması Sizə tapşırılır.
Ceyhun BAYRAMOV,
təhsil nazirinin müavini
13 may 2014-cü il.
№ 46-20-2630/16
13 may 2014-cü il.
№ 46-20-2630/16
