Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Fəaliyyət Planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-cü il tarixli 331 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin aidiyyəti şöbələri Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsi üçün tələb olunan təşkilati işlərin həyata keçirilməsini təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-ci il tarixli 331 nömrəli Sərəncamı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
2 may 2014-cü il
№524
Əlavə:
