Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsil Nazirliyinin 07.11.2002-ci il tarixli, 1041 nömrəli əmri ilə təsdiq edilmiş «Məktəblilərin fənn olimpiadaları haqqında Qaydalar»ı rəhbər tutaraq, məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Məktəblilərin fənn olimpiadalarının yekun turu 16-17 mart 2014-cü il tarixdə Bakı şəhərində keçirilsin.
2. Olimpiadaların yekun turunun iştirakçıları 16 mart 2014-cü il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə yerləşdirilsinlər:
- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə Nazirlik tabeliyindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında – F.Yusifov küçəsi, 39, tel: 567-22-17
- riyaziyyat, fizika və informatika fənləri üzrə Nazirlik tabeliyindəki fizika-riyaziyyat və informatika təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci məhəllə, tel: 510-76-28
- kimya və biologiya fənləri üzrə Nazirlik nəzdindəki kimya-biologiya təmayüllü liseydə - 8-ci Kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi, 53, tel: 323-78-42
- kimya və biologiya fənləri üzrə Nazirlik nəzdindəki kimya-biologiya təmayüllü liseydə - 8-ci Kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi, 53, tel: 323-78-42
3. Olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən iştirakçıların yerləşdiyi müəssisələrdə, informatika fənnindən isə BDU-da 17 mart 2014-cü il tarixdə
keçirilsin.
4. İqtisadiyyat şöbəsi (Rauf Orucov) fənn olimpiadalarının xərclər smetasını hazırlayıb 3 gün müddətinə təsdiqə təqdim etsin.
5. İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Əsas: Məktəbəqədər və ümumi təhsil şöbəsi müdirinin 27.02.2014-cü il tarixli xidməti məlumatı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
5 mart 2014-cü il
№275
