• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsil Nazirliyində vətəndaşların qəbulu Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Vətəndaşların qəbulu prosesinin səmərəli təşkil edilməsi, onların hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu işə nəzarətin artırılması məqsədi ilə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununu, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanını və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. “Təhsil Nazirliyində vətəndaşların qəbulu Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin bütün şöbə və idarələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin, yerli təhsil şöbələrinin (idarələrinin) rəhbərləri və aidiyyəti işçiləri fəaliyyətlərində bu Qaydaların tam və düzgün tətbiq olunmasını təmin etsinlər.
3. Təhsil Nazirliyinin, ali və orta ixtisas təhsili müəssisələrinin və yerli təhsil şöbələrinin   vəzifəli  şəxsləri  tərəfindən  bu  Qaydalara 1  və 2  nömrəli  əlavə  ilə müəyyən olunmuş vətəndaşların qəbulu qrafikinə ciddi riayət olunsun.
4. İnformasiya şöbəsinə tapşırılsın ki:
4.1. qəbula yazılan vətəndaşın yazılı və  elektron formada uçotunu aparsın;
4.2. qəbul qrafikinin Nazirliyin qəbul otağında hər kəs üçün aydın görünən yerdə asılmasını təşkil etsin;
4.3. əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.
Əsas: Azərbaycan Respublikasının təhsil naziri M.Cabbarovun 17.10.2013-cü il tarixli tapşırığı.
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
23 dekabr 2013-cü il
№928

Əlavələr: