Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydalarının təsdiq edilməsi bаrədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Dərslik, dərs vəsaiti və digər tədris vasitələrinə nəşr hüququnun verilməsi ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi, onların müasir standartlara, fənn kurikulumuna (fənn proqramına) uyğun hazırlanması və qeyd olunan prosesin səmərəli təşkil olunmasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. 1994-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində tədris ədəbiyyatının nəşrə planlaşdırılması və hazırlanması qaydalarına dair Təlimat” qüvvədən düşmüş hesab edilsin.
3. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş məsələləri (kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, təhsil proqramları, tədris resursları arasında sağlam rəqabətin stimullaşdırılması və s.) diqqət mərkəzində saxlasın və Qaydalara düzgün əməl olunmasını təmin etsin.
4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin Azərbaycan müəllimi qəzetində dərc olunmasını, rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılsın.
Əsas: Nazir müavini C.Bayramovun 10 dekabr 2013-cü il tarixli təqdimatı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
23 dekabr 2013-cü il
№927
Əlavə: