Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:
Bağırov Çingiz Hüseynqulu oğlu
Əliyeva Gülşən Teymur qızı
Əliyeva Səmayə Əjdər qızı
Hacıyev Bayram Camal oğlu
Kərimova Fəxriyyə Ağasəf qızı
Qurbanov Ağayusif Kazım oğlu
Mehdiyeva Dilarə İbad qızı
Məhərrəmov Həmid Adil oğlu
Məlikova Elfira Hacıbaba qızı
Talıbzadə Aydın Ağayunus oğlu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2013-cü il
