• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 
 
QƏRARA ALIRAM:
 
1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
 
Komissiyanın sədri
Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri
 
Komissiyanın üzvləri
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Akif Əli Zadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Abbas Ələsgərov - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Arif Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri
İsmayıl Sadıqov - Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri
Akif Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
Ömər Eldarov - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Abel Məhərrəmov - Bakı Dövlət Universitetinin rektoru
Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin rektoru
Siyavuş Kərimi - Azərbaycan Milli Konservatoriyasının rektoru
Aqşin Əlizadə - Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi
Altay Hacıyev - xalq rəssamı
Arif Məlikov - xalq artisti
Şəfiqə Məmmədova - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Mövlud Süleymanlı - xalq yazıçısı
 
 2. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 76, 2012, № 11, maddə 1087) 1-ci hissəsi ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi" ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2013-cü il