Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərarı
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 367) ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)"nın 14-cü hissəsinin mətninin ikinci abzasının sonuna aşağıdakı məzmunda cümlə əlavə edilsin:
"Sənətşünaslıq, mədəniyyət və incəsənət" peşə istiqamətində "030104 Memarlıq hissələrinin modelləşdirilməsi və yapılması", "030105 Dekorativ suvaq və yapma məmulatlarının bərpası", "030106 İnşaat işlərinin bərpası", "030108 Daş və ağac memarlıq abidələrinin bərpası", "030109 Musiqi alətlərinin bərpası", "030110 İnteryer və eksteryerin bədii tərtibatı", "030112 Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar" ixtisas qrupları üzrə, "İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə" peşə istiqamətində "030207 Kino-video nümayişi", "030211 Fotoqraf işi" ixtisas qrupları üzrə və "İlkin tələbat və ərzaq mallarının texnologiyası" peşə istiqamətində "030819 Modelçilik və dizayner" ixtisas qrupu üzrə peşə hazırlığı həyata keçirilən tədris qruplarında orta sıxlıq 10 nəfərdən az olmamaqla müəyyən edilə bilər.".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 18 oktyabr 2013-cü il
№ 307
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 18 oktyabr 2013-cü il
№ 307