Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Diploma əlavənin nümunəsinin təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Boloniya bəyannaməsinin əsas müddəalarından biri də tələbələrə diploma əlavənin verilməsidir. Bununla bağlı Avropa Şurası, Avropa Komissiyası və YUNESKO/CEPES-in yaratdığı birgə işçi qrupu tərəfindən qeyd olunan sənədin nümunəsi hazırlanmışdır. Azərbaycan Respublikasının bu prosesə qoşulduğunu nəzərə alaraq həmin sənəd əsasında «Ali təhsil haqqında (bakalavr/magistr) diploma Əlavənin nümunəsi» hazırlanmışdır. Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin məzunlarına diploma əlavənin Boloniya Bəyannaməsinin tələblərinə uyğun verilməsini təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. «Ali təhsil haqqında (bakalavr/magistr) diploma Əlavənin nümunəsi» təsdiq edilsin (əlavə olunur)
2. Ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, rəhbərlik etdikləri ali təhsil müəssisələrində ali təhsil haqqında diploma yeni əlavənin hazırlanmasını və tətbiqini həmin sənəddə tövsiyyə olunan qaydada aparsınlar.
3. Aparatın rəhbəri (İ.Pirməmmədov), ali və orta ixtisas təhsili şöbəsinin müdiri (İ.Mustafayev) bu əmrin icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirsinlər.
 
 
Əsas: Təhsil Nazirliyi Aparatının və Ali və orta ixtisas təhsili şöbəsinin nazirin müvafiq dərkənarı ilə təqdimatı  
 
 
                                                                    Misir Mərdanov
Təhsil naziri
08 avqust 2008-ci il
№ 990