Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq
QƏRARA ALIRAM:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Abdullayeva Züleyxa Nazim qızı - Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdi
Bəylərova Firuzə Rauf qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas Musiqi Məktəb-studiyasının şagirdi
Cəfərov Mircavid Mircavad oğlu - Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Əmiraslanova Səmra Mətin qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
Xanlarov Cahandar İslam oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
İsmayılov Atabəy Xəzər oğlu - Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi
Mailova Jalə Eldəniz qızı - Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2013-cü il
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2013-cü il
