Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
"Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı və Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında bağlanmış kredit sazişi çərçivəsində həyata keçirilən Təhsil Sektorunun İnkişaf Layihəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Bakı şəhəri, 13 yanvar 2009-cu il
№ 9
