Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Vətəndaşların qəbulu qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları"nın tələblərinə uyğun olaraq Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu prosesinin tənzimlənməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu qaydaları" (əlavə olunur) təsdiq edilsin.
2. "Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki" (əlavə olunur) təsdiq edilsin.
3. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb Nazirliyin bütün struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət Aparatın rəhbərinə (İ.Pirməmmədov) həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
31 may 2013-cü il
Azərbaycan Respublikasının təhsil naziri
31 may 2013-cü il
