Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
“Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli, 2765 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas və nazirliyin birbaşa tabeliyində olan ümumtəhsil müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər və görülmüş işlər barədə 15 oktyabr 2013-cü il tarixinədək Nazirliyə məlumat versinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B. Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və tədbirlər planı ilə birlikdə nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Ümumi şöbə (X. Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 aprel 2013-cü il
№502
№502
Əlavə:
