Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
"Respublikanın təhsil müəssisələrinə ad verilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 15 iyun tarixli 145 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
"Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli 501-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 27 dekabr tarixli 2637 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Respublikanın təhsil müəssisələrinə ad verilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 15 iyun tarixli 145 nömrəli qərarının 6-cı hissəsində "Ərçivan kənd" sözləri "Ərçivan qəsəbə" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 14 mart 2013-cü il
№ 46
