Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
“Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tarixli, 2739 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Xalq Cümhuriyyətnin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatikmünasibətlərin qurulmasında böyük xidmətlərgöstərmiş görkəmli ictimai-siyasi xadimƏlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, səhər (rayon) təhsil idarələri (şöbələri), təhsil müəssisələri Tədbirlər Planının icrasını təmin etsin və görülmüş işlər haqqında məlumatı 30 sentyabr 2013-cü il tarixinə qədər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etsin.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin və Tədbirlər Planının “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirməsini təmin etsin.
4. Ümumi şöbə (X.Fərəcov) əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6.Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
Əsas:Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tarixli, 2739 nömrəli Sərəncamı.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 mart 2013-cü il
№362
№362
Əlavə:
