Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
ƏMR EDİRƏM:
1. 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Tədbirlər planına müvafiq olaraq bütün təhsil müəssisələrində 10-18 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.
3. Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri görülmüş işlər barədə 25 yanvar 2013-cü il tarixinədək Nazirliyə hesabat təqdim etsinlər.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B. Hüseynzadə) əmri “Azərbaycan müəllimi” qəzetində dərc etdirsin, tədbirlər planı ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirsin.
5. Ümumi şöbə (X. Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə olunsun .
Əsas: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 119 nömrəli, 19 dekabr 2012-ci il tarixli Sərəncamı
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
7 yanvar 2013-cü il
№ 11
Əlavə
