• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təşəkkür elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

04-05 oktyabr 2012-ci il tarixlərində Bakı şəhərində keçirilmiş II Bakı Beynəlxalq Humanitar Forumda qloballaşmaqda olan dünyanın reallıqlarını nəzərə almaqla humanitar problemlər, perspektivlər və çağırışlar muzakirə edilmiş, təbiət, iqtisad və humanitar elmləri, mədəni elitanı təmsil edən Forumun təşkilatçıları gələcəkdə beynəlxalq miqyasda nəzərə alınması vacib olan yeni humanitar gündəliyin formalaşması məsələsini qarşıya qoymuşlar.
Forum çərçivəsində plenar iclasın, bir neçə istiqamətlər üzrə "dəyirmi masa"ların təşkilində və keçirilməsində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Abel Məhərrəmov, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova yaxından iştirak etmişlər. Onlar Foruma dəvət olunan bir çox xarici qonaqları, o cümlədən xarici ölkələrin keçmiş prezidentləri, Nobel mükafatı laureatları ilə öz universitetlərində görüşlər keçirmiş, onlara fəxri adlar və Azərbaycanı təcəssüm etdirən qiymətli hədiyyələr vermişlər.
II Bakı Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə keçirilməsində aktiv fəaliyyətlərini nəzərə alaraq
 
ƏMR EDİRƏM:
 
1. Aşağıda adları çəkilən universitetlərin rəhbər işçilərinə Təhsil Nazirliyinin təşəkkürü elan edilsin:
 
 
Məhərrəmov Abel Məmmədəli oğlu Bakı Dövlət Universitetinin rektoru;
Hacıyev Şəmsəddin Hümmət oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru;
Abdullayev Kamal Mehdi oğlu Bakı Slavyan Universitetinin rektoru;
Qəribova Jalə Əhməd qızı Azərbaycan Dillər Universitetinin beynəlxalq  əlaqələr üzrə prorektoru
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
 11 oktyabr 2012-ci il