Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı
Azəbaycan Respublikası Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar
Təhsil Nazirliyi İttifaqı Respublika Komitəsi
Q Ə R A R
Bakı şəhəri 02 mart 2009-cu il
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının
keçirilməsi barədə
Respublika ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi və onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti
QƏRARA ALIR:
1. Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasıriyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə 2009-cu ilin mart-may aylarında keçirilsin.
2. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat komitəsi (əlavə olunur) yaradılsın.
3. Olimpiadanın I turu 2009-cu il aprel ayının 5-dək ali məktəblər tərəfindən keçirilsin.
4. Olimpiadanın II respublika turu 2009-cu il may ayında Bakı Slavyan Universitetində keçirilsin.
5. Olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2004-cü il tarixli 675 nömrəli əmri ilə təsdiq edilmiş “Ali məktəb tələbələrinin Respublika fənn olimpiadası haqqında Əsasnamə”yə uyğun keçirilsin.
6. Olimpiadanın keçirilməsi ilə bağlı tərəflər öz üzərinə aşağıdakıları götürür:
6.1. Təhsil Nazirliyi:
- Olimpiada qalibləri üçün diplomların hazırlanmasını;
- Olimpiada qalibləri üçün hədiyyələrin alımasını.
6.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:
- Olimpiada qaliblərinə aşağıdakı məbləğdə mükafatların verilməsini:
1-ci yer (11 nəfər) üçün 300 manat
2-ci yer (22 nəfər) üçün 150 manat
3-cü yer (33 nəfər) üçün 100 manat
- Olimpiada qaliblərini hazırlaşdıran müəllimlərin (66 nəfər) hər biri üçün 100 manat, Münsiflər Heyətinin sədrlərinə (11 nəfər) isə 200 manat məbləğində pul mükafatının ayrılmasını.
7. Tərəflər olimpiadanın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.
8. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynazdə) qərarın “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
9. Qərarın icrasına nəzarət nazir müavini İ.Hüseynovaya və sədr müavini Ş.Əsgərova həvalə olunsun.
| Azəbaycan Respublikasının təhsil naziri: Misir Mərdanov |
Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri: Səttar Mehbalıyev |
