Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dovlət Komissiyasının yaradılması haqqında” 2008-ci il 10 aprel tarixli 2756 nömrəli Sərəncamının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə
QƏRARA ALIRAM:
1. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” təsdiq edilsin (1 nomrəli əlavə).
2. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı uzrə Milli Strategiyanın həyata kecirilməsi ilə bağlı Dovlət Proqramı” təsdiq edilsin (2 nomrəli əlavə).
3. Bu Sərəncamın 1-ci və 2-ci bəndlərində qeyd olunan Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Milli Elmlər Akademiyası muəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gundən quvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri
№255
Bakı şəhəri
№255
