Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

«Azəbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı»nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin Fəaliyyət Planının təsdiq edilməsi barədə əmri

«Azəbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya»nın və «Azəbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli 255 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azəbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı»nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur). 
2. Təhsil Nazirliyinin müvafiq şöbələrinə, Təhsil Problemləri İnstitutuna (A.Mehrabov), ali təhsil muəssisələrinin rəhbərlərinə nəzərdə tutulan tədbirlərin muəyyən olunmuş müddətdə həyata keçirilməsinin təmin edilməsi tapşırılsın. 
3. Fəaliyyət Planının icrası üzrə şöbələrin işinin əlaqələndirilməsini, gürülən işlər barədə şöbə müdirlərinin hesabatlarının dinlənilməsini və müvafiq təkliflərin hazırlanmasını nazir müavini İ.Hüseynova və Aparatın rəhbəri İ.Pirməmmədov həyata keçirsinlər. 
4. Hər ilin sonunda aidiyyəti şöbələr tərəfindən görülmüş işlər barədə məlumatların ümumiləşdirilməsi və Nazirliyin rəhbərliyinə təqdim edilməsi Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın. 
5. İctimaiyyələ əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin “Azərbaycan muəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin. 
6. Əmrin çoxaldılaraq yerlərə çatdırılması Ümumi şöbəyə (İ.Mirzəyev) tapşırılsın. 
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
 
Misir Mərdanov
Təhsil naziri
10.08.2009 № 994