Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
“Peşə təhsili sahəsində ixtisas və ixtisaslaşma klassifikatoru”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 612 nömrəli Fərmanının 5-ci bəndinin iyirmi yeddinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. “Peşə təhsili sahəsində ixtisas və ixtisaslaşma klassifikatoru” təsdiq edilsin (əlavə olunur)
2. “Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli qərarının 1-ci bəndindən “Peşə məktəbi və peşə liseylərində ixtisaslı fəhlə kadrlarının hazırlanması üçün peşələrin siyahısı (əlavə 4)” sözləri və həmin qərar ilə əlavə № 4 kimi təsdiq edilmiş “Peşə məktəbi və peşə liseylərində ixtisaslı fəhlə kadrlarının hazırlanması üçün peşələrin siyahısı” çıxarılsın.
3. Bu qərar imzalandığı gündən güvvəyə minir.
A.Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
17 iyun, 2002-ci il
№ 96
