Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, №5, maddə 380) aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
“2-1. Mərkəzi icra hakimiyyəti orqanları göstərdikləri hər bir elektron xidmət üzrə ayrıca inzibati reqlamenti iki ay müddətində müəyyən etsinlər.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bir ay müddətində nörmativ hüquqi aktlarını bu Fərmana uyğunlaşdırsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. üç ay müddətində “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsində nəzərdə tutulmuş tapşırığın mərkəzi icra hakimiyyəti orqanları tərəfindən icrası barədə məlumatı ümumiləşdirsin və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2012-ci il.
