Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin “Görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsi haqqında” 10 aprel 2012-ci il tarixli, 2150 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər və görülmüş işlər haqqında məlumatı 25 noyabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinə təqdim etsinlər.
3. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və Ali və orta ixtisas təhsili (İ.Mustafayev) şöbələri əmrdən irəli gələn məsələləri həll etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını təmin etsin və tədbirlər planı ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirsin.
5. Ümumi şöbə (X. Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2150 nömrəli Sərəncamı.
Misir Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri
21 may 2011-ci il
№ 875
Əlavə:
